• Gündəm • Cəmiyyət • Sosial

Bakıda sabiq polis rəisi vəfat etdi

65
25-09-2019, 14:47

Bakıda daxili işlər orqanlarının ən yaxşı kadrlarından olan sabiq polis rəisi, polkovnik Etibar Qazıbəyov vəfat edib.

Bununla bağlı BAKU.NEWS Oxu.Az-a istinadən məlumat verir.

E.Qazıbəyov 1951-ci ildə Naxçıvanda doğulub və 68 yaşında həyata gözlərini yumub.

Polis polkovniki E.Qazıbəyov 26 yaşında Bakı şəhərinin Su Polisinin rəisi təyin edilib. Sabunçu və Suraxanı rayonlarının polis rəisi vəzifələrində çalışıb.

Son illərdə E.Qazıbəyov “Azərpoçt” MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsi rəisinin birinci müavini vəzifəsində işləyib. 2017-ci ildə təqaüdə çıxıb.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 26 dekabr 1995–ci il tarixli sərəncamına əsasən, Azərbaycan Respublikasının Konstitusiya dövlət quruluşunun mudafiəsində, sabitliyin təmin edilməsində, ictimai asayişin qorunmasında, təxribatların, terrorçuluğun və digər təhlükəli cinayətlərin qarşısının alınmasında, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində xüsusi xidmətlərinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.


Bakıda sabiq polis rəisi vəfat etdi

FACEBOOK ŞƏRH YAZ