• Gündəm • Sosial • Texnologiya

Texniki baxışa görə rüsum artırılır - Sürücülərin diqqətinə!

53
23-09-2019, 15:36

Azərbaycanda avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə nəzərdə tutulan dövlət rüsumu artırılır.

BAKU.NEWS-un Trend-ə istinadən məlumatına görə, bu barədə məsələ Milli Məclisin sentyabrın 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rusumu 20 manatdan 30 manata qaldırılır.

Qanuna dəyişiklik Milli Məclis tərəfindən təsdiq olunduqdan sonra, 1 yanvar 2020-ci ildən qüvvəyə minəcək.

FACEBOOK ŞƏRH YAZ