• Gündəm • Siyasət • Dünya

Gürcüstan prezidenti ABŞ-a səfər edəcək

77
20-09-2019, 18:06

Gürcüstan prezidenti Salome Zurabişvili gələn həftə ABŞ-a işgüzar səfər edəcək.

BAKU.NEWS xəbər verir ki, dövlət başçısı sentyabrın 25-də BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxış edəcək.

S.Zurabişvili həmçinin sessiya çərçivəsində planlaşdırılan tədbirlərə də qatılacaq.

Prezidentin müxtəlif ölkə rəhbərləri və BMT-nin baş katibi ilə ikitərəfli görüşləri də nəzərdə tutulub.
S.Zurabişvili ABŞ prezidenti Donald Tramp və onun həyat yoldaşı adından təşkil olunacaq rəsmi qəbulda da iştirak edəcək.

FACEBOOK ŞƏRH YAZ