• Gündəm • Cəmiyyət

ATVIB Şuranın dəstəyi ilə Gürcüstanın Tiflis şəhərində Konfrans təşkil etdi

46
20-09-2019, 18:23

Azərbaycanda Yaşayan Axısxa Türkləri “’VƏTƏN” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maddi dəstəyi ilə "Azərbaycanda yaşayan Axısxa Türklərinin tarixi vətənlərinə dönüş prosessində Gürcüstan Respublikasına rəsmi səfərlər və dövlət rəsmiləri ilə danışıqların aparılması" lahiyəsi çərçivəsində bir sıra tədbirlər keçirdi.

Məlumat üçün qeyd edək ki, Axısxa Türkləri Tarixi Ana Vətənlərindən 75 ildir deportasiya edilmişdir. 2007-ci ildə Gürcüstan parlamenti ahısxa türklərinin repatriasiyası haqqında qanun qəbul edib. Ancaq qayıdış cəhdləri kağız bürokratiyası və repatriantın türk olduğunu sübut edən sənədlər üzərində qalıb. Sözügedən proqram 2008-ci il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək qüvvədə olub. Həm də ahıska türklərinə onların tarixi torpaqları olan Samtse-Cavaxetiyada deyil, bütövlükdə Gürcüstanda yerləşmək imkan yaradılırdı. Geri qayıdanlar öz hesabına ev almalı idi. 2008-2009-cu illərdə Azərbaycandan 13 286 axısxa türkü ailəsi Gürcüstana qayıtmaq haqda müraciət edib, ancaq 5428 ailənin ərizəsi qəbul edilib. Yalnız 1800 nəfər repatriant statusunu alıb.

Lahiyə çərçivəsində 3 günlük görüşlər təşkil edilmiş. Görüşlər Dəyirmi Masa formatında, Dövlət Rəsmiləri ilə görüş və Axısxa bölgəsində yaşayan soydaşlarımızla olmuşdur. Dəyirmi Masa Gürcüstan Dövlət Texniki Universitetin Regioanl Araşdırma Mərkəsinin Ofisində keçirilmişdir. Mərkəzin Direktoru tanınmış Politoluq Mamuka Araşidzenin moderatorluğu altında baş tutdu. Konfranda Azərbaycanda yaşayan Axısxa Türkləri Vətən İctimai Birliyini təmsil edən ekspertlər də iştirak etdilər. Birliyimizi təmsil edənlər Rusya Vətən İctimai Birliyi Sədrinin 1-ci müavini, Vətənə dönüş Komissiyasının Sədri Fuad Pepinov, ATVİB Sədrinin regioanl məsələlər üzrə müavini Yusif Qafurov, Dini işlər üzrə müavini Usman Aslanov , politolog Vasiliy Popava, Qulbaaz Tsixeladze, Aleksandr Begaişvili Gürcüstanın Gəncləri İctimai Birliyinin Sədri, Qafqaz Beynəlxalq Universiteti Qafqaz geosiyasi modelləşdirmə laboratoriyasının müdiri Alexandr Rusetski və digər politoloqlar, KİV nümayəndələri iştirak etdilər. Lahiyənin 3-cü qünündə isə Axısxa Bölgəsində yaşayan soydaşlarımızın bir qismi ilə görüş keçirilmiş, onların qarşılaşdıqları problemlər müzakirə edilərək, müvafiq strukturlara çatdırılması üçün qeydlər aparılmışdır.

ATVIB Şuranın dəstəyi ilə Gürcüstanın Tiflis şəhərində Konfrans təşkil etdi

FACEBOOK ŞƏRH YAZ