• Gündəm • İdman

Xulen Lopeteqi: “Qarabağ” kimi komandanı məğlub etmək sevindiricidir

103
19-09-2019, 23:34

Rəqib öz meydanında oynadığından, əvvəldə bizə çətin idi. Amma ilk qolu vurduqdan sonra işimiz daha rahat oldu.

BAKU.NEWS xəbər verir ki, bunu “Sevilya”nın baş məşqçisi Xulen Lopeteqi deyib.

O, Bakıda keçirilən mətbuat konfransında “Qarabağ”a 3:0 qalib gəldikləri görüş barədə danışıb:

“Gözlədiyim “Qarabağ”ı meydanda gördüm. Hesaba baxmayaraq, rəqibimiz yaxşı komandadır. Belə komandanı məğlub etmək həqiqətən sevindiricidir.

“Qarabağ”ın APOEL-lə oyununu izləmişdim. Həmin komandanı məğlub edə bilərdiniz. Çünki yaxşı real qol vəziyyətləriniz vardı”.

FACEBOOK ŞƏRH YAZ