• Gündəm • Dünya

ABŞ donanması UNO videolarının real olduğunu təsdiqlədi - VİDEO

86
19-09-2019, 17:50

ABŞ Hərbi Donanması ilk dəfə olaraq internetdə yayılan və UNO-ya aid olduğu iddia edilən videoların real olduğunu qəbul edib.

BAKU.NEWS xəbər verir ki, donanmanın mətbuat katibi məxfiliyi ləğv edilmiş üç hərbi videoda çox sürətlə hərəkət edən bu cisimlərin UNO olduğu deyib.

ABŞ-ın “To The Stars Academy of Arts & Sciences” özəl araşdırma şirkəti tərəfindən 2017-ci ilin dekabr və 2018-ci ilin mart tarixləri arasında yayımlanan bu görüntülərdə xüsusi sensorlarla müəyyən edilən cisimlər görünür.

2004-cü ildə lentə alınan bir videoda isə sensorlar bir hədəfə kilidlənir. Amma hədəfdəki cisim sürətlə ekrandan itir və sonra bir daha görünmür.

“BBC Türk”ün xəbərinə əsasən, 2015-ci ildə çəkilən iki videoda isə gördükləri cisimlərin nə olduğunu anlamağa çalışan hərbi qırıcıların pilotlarının səs yazısı var.

“Bu bir drondur, dostum. Aman Allah, küləyin əksinə hərəkət edirlər. Buna bax”, - deyə pilotlardan biri digərinə deyir.

FACEBOOK ŞƏRH YAZ