• Gündəm • İqtisadiyyat

Vahid Novruzov: "Azərbaycanda audit sahəsini liberallaşması ilə bağlı təkliflər hazırlanır"

54
17-09-2019, 18:03

“Azərbaycan Auditorlar Palatası bu il Milli Məclisin payız sessiyasında bir sıra təkliflərlə çıxış edə bilər”.

BAKU.NEWS xəbər verir ki, bu barədə “Report”a açıqlamasında Palatanın sədri Vahid Novruzov bildirib.


Onun sözlərinə görə, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanuna dəyişikliklər edilməsi ilə əlaqədar təkliflər bir sıra istiqamətdə olacaq.

Vahid Novruzov vurğuladı ki, təkliflər əsasən şirkətlərdə auditorların minimal sayının təyin edilməsi, mühasibatlıq, audit sahəsində uzun illər çalışmış Azərbaycan vətəndaşlarının da auditor olmaq üçün imtahanda iştirak etmək hüquqi qazanması ilə bağlı olacaq: “Hazırda auditor olmaq hüququ ancaq müəyyən peşə sahiblərinə verilir. Bu istiqamətdə liberallaşma ilə bağlı təkliflərimiz var. Həmin təkliflər üzərində işi başa çatdırmışıq, müvafiq qurumlara göndərəcəyik”.

O xatırladıb ki, təkliflər Milli Məclisə təqdim olunana qədər müvafiq qurumların rəyi alınmalıdır, əsaslandırılmalıdır.

FACEBOOK ŞƏRH YAZ