• Təhsil • Gündəm

Bu il beş yaşlı uşaqların 75-80 faizi məktəbəhazırlıq qruplarına cəlb olunub

186
14-09-2019, 15:03

Təhsil Nazirliyi tərəfindən məktəbəqədər hazırlıqla bağlı ciddi tədbirlər görülür. Təcrübə də göstərir ki, məktəbəqədər hazırlıq prosesini keçmiş 5 yaşlıların orta məktəblərdə təhsili daha asan formada həyata keçirilir. Onların nailiyyətləri digər şagirdlərə nisbətən daha yüksək olur.

BAKU.NEWS xəbər verir ki, bu sözləri Təhsil nazirinin müavini İdris İsayev Qaxda jurnalistlərə müsahibəsində deyib.

Məktəbəqədər hazırlığın çox vacib məsələ olduğunu vurğulayan nazir müavini diqqətə çatdırıb ki, 2013-cü 5 yaşlı uşaqların yalnız 24 faizi məktəbəhazırlıq qruplarına cəlb edilirdisə, cari ildə onların sayı artaraq 75-80 faizə çatıb. Növbəti illərdə isə bu göstəricinin 90 faizə çatdırılması nəzərdə tutulur. “Beş yaşlılar məktəbəhazırlıq qruplarına cəlb olunmaqla psixoloji maneələri keçməli, ilkin təhsil məlumatlarını əldə etməlidirlər”, - deyə İdris İsayev bildirib.

FACEBOOK ŞƏRH YAZ