• Gündəm • Hadisə

Sumqayıtda ev yiyəsi beton hasarın altında qalaraq ölüb

28
12-09-2019, 21:42

Sumqayıt şəhərində bədbəxt hadisə baş verib.

BAKU.NEWS-un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Beteze bağları ərazisində yaşayan 1956-cı il təvəllüdlü Babayev Mirayaz Məhərrəm oğlu beton hasarın uçması nəticəsində altında qalaraq ölüb.

Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

FACEBOOK ŞƏRH YAZ