• Dünya • Elm • Gündəm

Yaponiyalı alimlər Ryuqu asteroidində suyun olduğunu təsdiq ediblər

243
21-03-2019, 01:45

Yaponiya Aerokosmik Məkanın Tədqiqi Agentliyi (JAXA) və bir neçə universitet hazırda “Hayabusa-2” kosmik zondunun araşdırmalar apardığı Ryuqu asteroidində suyun olduğunu təsdiq ediblər.
Baku.News JAXA-ya istinadla xəbər verir ki, alimlər iki aydır zonddakı infraqırmızı şüa vasitəsilə asteroidin qaya süxurlarının tərkibini araşdırırlar. Bunun nəticəsi olaraq bildirilir ki, Ryuqu asteroidində olan dağ süxurlarında suyun olduğu təsdiqini tapıb. Bu isə o deməkdir ki, asteroidin səthində su var, lakin o, nə maye, nə də buz halında deyil, hidratlaşmış minerallar şəklindədir.
Xatırladaq ki, fevralda asteroidə enən zond buradakı süxurların nümunələrini götürüb. JAXA-dan olan mütəxəssislərin bildirdiyinə görə, Ryuqu çox güman ki, kosmik cisimlərin toqquşması nəticəsində əmələ gəlib.
Tədqiqat qrupunun üzvü olan Kohey Kitazatonun bildirdiyinə görə, “Hayabusa-2” zondu asteroiddən götürdüyü nümunələri 2020-ci ildə Yerə çatdıracaq və bu, külli miqdarda kəşflərə yol aşacaq.

FACEBOOK ŞƏRH YAZ