• Gündəm • Cəmiyyət • Təhsil

Bakıda ana övladlarını da götürüb evdən qaçdı

37
12-09-2019, 11:30

Bakıda ana və iki uşağı itkin düşüb.

Oxu.Az-ın məlumatına görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Qəsəbənin Nizami küçəsində yaşayan Balayeva Qüdrətxanım Heydər qızı ötən gün səhər saatlarında övladları 2011-ci il təvəllüdlü Balayev Mehdi Rövşən oğlu və 2016-cı il təvəllüdlü Balayeva Nigar Rövşən qızını götürərək evdən çıxıb və bir daha geri qayıtmayıb.

Məlumatda Q.Balayevanın psixi problemləri olduğu qeyd edilib.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

FACEBOOK ŞƏRH YAZ