BAKU.NEWS xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında məlumat verilib ki, festival 17-27 sentyabr tarixlərində Avropa Ittifaqı üzv dövlətlərinin səfirlikləri və yerli tərəfdaşları ilə birlikdə təşkil ediləcək.
Festivalın mövzusu Azərbaycan qadınlarının azadlığının 100 illiyi ilə əlaqəlidir və Azərbaycan cəmiyyətində, eləcə də bütün dünyada qadınların rolunun gücləndirilməsi məsələlərini özündə əks etdirir. Layihə proqrama müxtəlif səpkidə müasir incəsənət kontekstində beynəlxalq sərgi, ictimai incəsənət, video art, poeziya gecesi, tematik film nümayişləri, master-klasslar daxildir.
Festivalın iştirakçıları Avstriya, Almaniya, Hollandiya, İsveç, İsveçrə, Macarıstan kimi AB üzv ölkələri, eyni zamanda Gürcüstan Moldova, Ukrayna kimi Şərq tərəfdaşlığı üzv ölkələri və İran, İsrail, Türkiyə kimi qeyri-üzv ölkələrdən sənət xadimləri, mədəniyyət aktivistləri, muzey direktorları, kurator və rəssamlardır.
Festivalın beynəlxalq və yerli iştirakçıları, dövlət strukturları və institutlar gender bərabərliyi mövzusunda öz şəxsi və professional təcrübələrinə əsaslanaraq müzakirələr və fikir mübadiləsi aparacaqlar.
Qeyd edək ki, bu festival layihəsi Azərbaycan Respublikasının əməkdar rəssamı Sabina Şıxlinskayanın ilkin təşəbbüs və kuratorluğu altında keçirilir. “Qız Qalası. Qadın Olmaq” beynəlxalq müasir incəsənət festivalı Bakıda yerləşən diplomatik nümayəndəliklərdən başqa, Azərbaycanın sənət və mədəniyyət aləminin ən əsas institut və dövlət strukturları, eləcə də digər təşkilatların birgə tərəfdaşlığı altında baş tutur. Bütün mədəni tədbirlər yerli əhali və xarici qonaqlar üçün açıq olacaqdır.
• Mədəniyyət
• Gündəm
"Qız Qalası. Qadın olmaq” Müasir İncəsənət Festivalına start verilir

Azərbaycanda Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin təşkilatçılığı ilə "Qız Qalası. Qadın olmaq” Müasir İncəsənət Festivalına start verir.
FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
Bakı aeroportunda elektron sərhəd-keçid məntəqəsi - İŞƏ SALINACAQ
-
Tbilisidə YDM-də baş verən yanğın zamanı beş nəfər xəsarət alıb - YENİLƏNİB
-
Gürcüstandan Azərbaycana pirotexniki vasitələr gətirən şəxs saxlanıldı - FOTO
-
Şahin Mustafayevə yeni vəzifə verildi
-
Bakı metrosunda uçqun təhlükəsi - Bu stansiya bağlanır
-
Putinlə Lukaşenkonun görüşü zamanı işıq söndü
-
Veterana pensiya əvəzinə konditer məmulatı verdilər
-
“Xəzər” TV-dən dəyişikliklərlə bağlı məlumatlara - REAKSİYA
-
İnəkləri danışdıran, korlara “üçüncü göz” yaradan, axtarışda olan təriqət lideri yeni dövlət yaratdı
-
Azərbaycan neftinin qiyməti 70 dollara çatıb
-
MSK növbədənkənar parlament seçkiləri ilə əlaqədar Təqvim Planını təsdiqləyib
-
Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ