• Cəmiyyət • Sosial • Gündəm

QMİ sədri məsciddən şəhidlərin fotolarının sökülməsinə münasibət bildirdi

87
10-09-2019, 12:45

Məsciddə şəhidlərin fotoları əks olunan plakatların sökülməsi düzgün deyil.

BAKU.NEWS-un məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakının Şağan qəsəbəsində fəaliyyət göstərən "Qərib Pir" məscidində Azərbaycan şəhidlərinin fotoları əks olunan plakatların sökülməsi ilə bağlı iddialara cavab verərkən deyib.

Onun sözlərinə görə, şəhidlik zirvəsində hər bir şəhidin öz yeri var:

"Şəhidləri bir-biri ilə müqayisə edib, fərqləndirməzlər. Çünki şəhidlik bir ad altındadır və İslamda ayrılmırlar. Məscidlərdə Aşura günü zamanı Qarabağ şəhidləri və digər şəhidləri yad edirlərsə, bu, tamamilə doğrudur. Çünki bu, heç bir dinlə ziddiyyət təşkil etmir.

Qafqaz Müsəlmanları İdarəsinin builki fitvasında xüsusilə qeyd olunur ki, İmam Hüseyn əzadarlığı zamanı Kərbəla hadisələrini izah edərkən xütbələrində Qarabağ şəhidləri də yad edilsin. Həm dinimiz, həm də fitvada bu deyilir.

Kimsə bunu anlamırsa, şəhidlərimizin şəkillərinin orada vurulmasını qəbul etmirsə, ona sual vermək lazımdır ki, sən öz şəhidinə bu cür yanaşırsansa, onda İmam Hüseyn şəhadətinə yanaşman da doğru olmaz. Ona görə də bu cür yanaşma yanlışdır".

FACEBOOK ŞƏRH YAZ