• Gündəm • Şou-Biznes

İrina Şeyk paltarlarını soyunub çantaya büründü - FOTO

34
6-09-2019, 22:30

"Calvin Klein" brendinin yeni reklam siması dünya şöhrətli model İrina Şeyk olacaq.

Reklam çəkilişlərinin ən diqqət çəkən məqamı isə məşhur modelin fotosessiyada çılpaq çəkilməsi olub.

BAKU.NEWS xəbər verir ki, Şeyk bədəninin bəzi yerlərini brendin lüks və dəbdəbəli çantaları ilə gizlədib.

Sevgilisi Bradli Kuper ilə ayrıldıqdan sonra demək olar ki, ara vermədən işləyən İrina məşhur dərgilərin üz qapaqları, reklam kampaniyaları, moda şoularının açılışlarında iştirak edir.

Model yalnız avqust ayında qızı Lei və anası Olqa ilə tətilə gedib.

"Moschino" və "Burberry"nin payız-qış kolleksiyasından sonra "Calvin Klein" də rus supermodelini əks etdirən reklamla dəb həvəskarlarının diqqətini çəkməyi bacardı.

Fotolarla bərabər marka İrina Şeykin iştirakı ilə sosial mediada ağ-qaralı video yayımlayıb. Rəsmi görüntülərdən əlavə, İrina da çəkiliş meydançasında bir neçə görüntüsünü "Instagram" hesabının "hekayə" bölməsində paylaşıb.

Qeyd edək ki, eyni şəkildə İrina bu ilin iyul ayında "The Ko People" çantalarının kolleksiyasını təqdim edib.

İrina Şeyk paltarlarını soyunub çantaya büründü - FOTO






FACEBOOK ŞƏRH YAZ