• Gündəm • Cəmiyyət

Bu gün Yeni Azərbaycan Partiyasının üzvləri qanvermə aksiyası keçirib

194
6-09-2019, 14:53

“Bu gün Yeni Azərbaycan Partiyasının ən nəcib layihələrdən biri baş tutdu. Çoxsaylı partiya üzvlərinin qanvermə aksiyası keçirildi”.

BAKU.NEWS xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov özünün “Facebook” səhifəsində paylaşıb.

Əli Əhmədov bildirib ki, ehtiyacı olana qan vermək həmişə insanın ən nəcib əməllərindən hesab olunub. İnsan öz qanını verməklə kiminsə şəfa tapmasına, sağalmasına, bəlkə də həyata qayıtmasına vəsilə olur. Bundan daha nəcib iş, daha böyük insanpərvərlik və xeyirxahlıq təsəvvür etmək mümkün deyil.

“Bir neçə yüz fəalımız qanvermə aksiyasına qoşuldu. Aksiyada iştirak edən hər bir partiya üzvünə - gənclərə, qadınlara, millət vəkillərinə minnətdarlığımı bildirmək istəyirəm. Düşünəndə ki, bizim verdiyimiz qan kimlərəsə kömək olacaq, həyata qaytaracaq, ömrünü uzadacaq, bu həqiqətən böyük mənəvi rahatlıqdır”-deyə, Əli Əhmədov vurğulayıb.


Bu gün Yeni Azərbaycan Partiyasının üzvləri qanvermə aksiyası keçirib

FACEBOOK ŞƏRH YAZ