• Gündəm • Bölgə • Cəmiyyət

Aşura günü qan vermək istəyənlər bu ünvanlara getsin - SİYAHI

56
6-09-2019, 14:47

Aşura günü paytaxt və bölgələrdə qanvermə aksiyasının keçiriləcəyi ünvanlar açıqlanıb.

Səhiyyə Nazirliyindən BAKU.NEWS-a verilən məlumata görə, 25 şəhər və rayon üzrə 33 yerdə qanvermə aksiyası keçiriləcək.

Qeyd edək ki, Hicri təqvimi ilə Məhərrəm ayı sentyabrın 1-i başlayıb. Aşura günü sentyabrın 10-na təsadüf edəcək. Aşura günü paytaxt və bölgə məscidlərində qanvermə aksiyası keçiriləcək.

Aksiyaların təşkil olunacağı ünvanlar aşağıdakılardır:

- Binəqədi rayonu, "İmam Əli məscidi",

- Xəzər rayonu, 14 saylı Birləşmiş Şəhər xəstəxanası və “Mir Mövsüm ağa Ziyarətgahı”,

- Nəsimi rayonu, “Əjdər bəy məscidi” (mərasim zalı) və 20 saylı şəhər poliklinikası,

- Nizami rayonu, “Şah Abbas məscidi” ,

- Sabunçu rayonu, “Rəhimə xanım ziyarətgahı”,

- Səbail rayonu, “Bibiheybət məscid ziyarətgahı” və “İçərişəhər Cümə məscidi”,

- Suraxanı rayonu, “Qaraçuxur məscidi”,

- Yasamal rayonu, “Təzə pir məscidi”, “Hacı Soltanəli məscidi” və Hacı Cavad məscidi,

- Gəncə şəhəri, “İmamzadə kompleksi”,

- Lənkəran şəhəri, Böyük bazar “Cümə məscidi”,

- Mingəçevir şəhəri, “Heydər məscidi”,

- Sumqayıt şəhəri, “Cümə məscidi”,

- Şəki şəhəri, “İmam Əli məscidi”,

- Mərkəzi Qan bankının Şirvan bölməsi,

- Ağcabədi Mərkəzi rayon Rəstəxanası,

- Beyləqan Mərkəzi rayon Xəstəxanası,

- Bərdə rayonu, “Bərdə İmamzadəsi”,

- Biləsuvar rayonu, “Cümə məscidi” (mərasim zalı),

- Cəlilabad Mərkəzi rayon Xəstəxanası,

- Xaçmaz şəhər məscidi,

- Ağsu rayon mərkəzi xəstəxanası,

- Qan bankının Quba bölgəsi,

- Masallı şəhər Cümə məscidi,

- Salyan – Hacı Tağı Məscidi.

FACEBOOK ŞƏRH YAZ