• Gündəm • Siyasət • Elm

Ramiz Mehdiyevin xanlıqlar dövründən bəhs edən kitabı Moskvada nəşr olunub

39
5-09-2019, 09:46

Prezident Administrasiyasının rəhbəri, Azərbaycanın görkəmli alimi, akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabı (Azərbaycan Dövlət Tərcümə Mərkəzi) Moskvada nəşr olunub.

Azərbaycan Dövlət Tərcümə Mərkəzindən BAKU.NEWS-a verilən məlumata görə, kitab Azərbaycan tarixinin ən ağrılı və həssas mərhələlərindən olan qədim xanlıqlar dövrünün indiyədək tarixşünaslığa gizli qalan həqiqətlərini üzə çıxarmaqla yanaşı, ciddi elmi mübahisələrə səbəb olan bir sıra qaranlıq məqamlarına aydınlıq gətirir, hadisələr, tarixi şəxsiyyətlər elmi faktlar və arxiv sənədləri vasitəsilə işıqlandırılır.

Əsərin rus dilinə tərcüməçisi – Püstə Axundova, mətnlərə dair şərh və qeydlərin müəllifi – siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirov, arxiv sənədlərinin fars dilindən tərcüməçisi – AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktor müavini Şahin Yəhyayev, redaktoru – Nadiyə Qafarova və Fərrux Rzayevdir.

Kitab tarixçilər və mənbəşünaslar, eləcə də Azərbaycanın qədim tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün qiymətli elmi mənbədir.

FACEBOOK ŞƏRH YAZ