• Gündəm

Prezident AzTV-yə sədr təyin etdi - SƏRƏNCAM

93
4-09-2019, 11:10

BAKU.NEWS xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə sədr təyin edib.

Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Rövşən Raqif oğlu Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilsin.

Xatırladaq ki, Prezident İlham Əliyevin yanvar ayının 15-də imzaladığı sərəncamla Arif Nizam oğlu Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

AzTV sədri vəzifəsinin icrası jurnalist Rövşən Məmmədova tapşırılmışdı.

FACEBOOK ŞƏRH YAZ