• Gündəm

Bakıda Albert Aqarunova heykəl qoyuldu

196
3-09-2019, 16:25

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunova Bakıda heykəl qoyulub.

Bu barədə BAKU.NEWS-a Bakı Şəhər İcra Hakmiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib.

Onun sözlərinə görə, heykəl paytaxtın Nərmanov rayonu ərazisində qoyulub:

"Heykəl elə Albert Aqarunov küçəsində ucaldılıb".

Qeyd edək ki, Milli Qəhrəman 1969-cu il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub.

A.Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə düşmənin snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.

FACEBOOK ŞƏRH YAZ