• Gündəm • Turizm

Türkiyə vətəndaşları bu gündən Azərbaycana vizasiz gələcəklər

111
1-09-2019, 00:03

Bu gündən etibarən Azərbaycan Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edib.

BAKU.NEWS xəbər verir ki, bununla bağlı qərar bu gündən qüvvəyə minib.
Qərara əsasən, Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv olunur.

Bundan əlavə, Azərbaycan ərazisində 30 gündən artıq qalmaq istəyən Türkiyə Respublikası vətəndaşlarının statusu Azərbaycan Respublikasının müvafiq qanunları ilə tənzimlənir.

Həmçinin, Türkiyə Respublikası Hökumətinin qərarına əsasən, bu ölkəyə 30 günədək səfər edən Azərbaycan Respublikası vətəndaşları da viza tələbindən azad edilib.

Qeyd edək ki, iyul ayında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinə viza tələbinin ləğvi ilə bağlı nota ünvanlanıb.

FACEBOOK ŞƏRH YAZ