• Gündəm • Hadisə

Azərbaycanlı biznesmen "Lamborghini" ilə Moskvanın mərkəzində qəza törətdi - FOTO

111
31-08-2019, 15:45

Dünən Moskvanın mərkəzində "Lamborghini" və BMW avtomobillərinin iştirakı ilə baş vermiş dəhşətli qəza ilə bağlı yeni faktlar məlum olub.

BAKU.NEWS xəbər verir ki, hadisə zamanı "Lamborghini Gallardo" markalı avtomobili azərbaycanlı biznesmen 1981-ci təvəllüdlü Yervand Qazarov idarə edib.

"Delovaya Rossiya" təşkilatının qadın biznesmenlər komitəsinin sədri Mariya Melixova isə onun sərnişini olub və qəza zamanı ciddi xəsarət alaraq, reanimasiyaya yerləşdirilib.

Y.Qazarova qarşı cinayət işi başlanıb. Araşdırma zamanı məlum olub ki, avtomobil biznesmen Alçin Saitovun adınadır.

Bundan əvvəl qəzanın Mariya Melixova tərəfindən törədildiyi ilə bağlı məlumat yayılmışdı.

Azərbaycanlı biznesmen "Lamborghini" ilə Moskvanın mərkəzində qəza törətdi - FOTO


FACEBOOK ŞƏRH YAZ