• Gündəm • Hadisə

Güclü küləyin fəsadlar ı- Ağac “Prado” və “BMW”nin üzərinə aşır

107
18-03-2019, 11:31

Bakıda əsən güclü külək nəticəsində ağac iki avtomobilin üzərinə aşıb.

Bunu mətbuata açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib.
Onun sözlərinə görə, hadisə Nərimanov rayonu, Təbriz küçəsi 105 ünvanında baş verib:
“Ağac “Prado” və “BMW” markalı maşınların üzərinə aşıb, avtomobillərə ziyan dəyib. Xəsarət alan olmayıb. Aşan ağac sağlam küknardır və kökündən çıxıb. Paytaxtın müxtəlif yerlərində 10-a yaxın ağacın budaqları sınaraq yola düşüb”, - deyə şöbə rəisi əlavə edib.

FACEBOOK ŞƏRH YAZ