• Gündəm • İdman

Azərbaycanın cüdo üzrə paralimpiya yığması təlim-məşq toplantısı üçün Gürcüstana yola düşüb

240
18-03-2019, 10:51

Azərbaycanın cüdo idman növü üzrə kişilərdə ibarət paralimpiya yığma komandası təlim məşq toplantısı üçün Gürcüstana yola düşüb.
Milli Paralimpiya Komitəsindən Baku.News-a verilən məlumata görə baş məşqçi İbrahim İbrahimovun rəyhərlik etdiyi 12 nəfərlik heyət 18-26 mart tarixlərində Qori şəhərində təlim-məşq toplantıları keçirəcəklər. Neftçi idman klubunun dəstəyi ilə keçirilən təlim-məşq toplantısı Qori cüdo mərkəzində baş tutacaq.
Təlim-məşq toplantısı may ayında Bakıda keçiriləcək para cüdo üzrə beynəlxalq qran-pri yarışına hazırlıq xarakteri daşıyır.

FACEBOOK ŞƏRH YAZ