• Gündəm • Texnologiya

Hakerlər “Twitter” rəhbərinin səhifəsini “qırıb”

60
31-08-2019, 07:59

“Twitter”in təsisçisi Cek Dorsinin sosial şəbəkədəki səhifəsi naməlum şəxslər tərəfindən “qırılıb”.

“Qazeta.ru” xəbər verir ki, şirkətin kommunikasiyalar üzrə komandası baş verənləri aydınlaşdırır.

Hakerlər Dorsinin səhifəsində bir neçə rasist xarakterli yazı dərc edib.

Bu yazılar ləğv olunub və hesabın təhlükəsizliyi bərpa edilib.

FACEBOOK ŞƏRH YAZ