• Gündəm • Dünya • Texnologiya

Dünyada bir ilk - ABŞ-da suyu təmizləyən "ağıllı" butulka yaradılıb

57
30-08-2019, 12:37

ABŞ-ın "Mahaton" şirkəti dünyanın ilk "ağıllı" butulkasını yaradıb. Yeni qurğu sudakı bakteriyaları məhv etməklə yanaşı, özü özünü də təmizləyə bilir.

BAKU.NEWS xəbər verir ki, enovosty saytının məlumatına görə, hazırda "ağıllı" butulkanın istehsalını maliyyələşdirmək üçün "Mahaton" şirkəti "Kickstarter" platformasında vəsaitin yığıldığını elan edib.

ABŞ-ın bu startapı artıq 10 min dollardan çox pul yığa bilib.

39 dollardan çox ianə edənlər "butulkanın erkən sifarişi" xidmətindən yararlana, eləcə də, iki butulkanı 79 dollara, üç butulkanı isə 99 dollara ala bilərlər. "Ağıllı" qurğunun standart qiyməti 49 dollar olacaq.

İstehsalçıların sözlərinə görə, içdiyi suyun keyfiyyətini artırmaq və plastik istifadəsini azaltmaq istəyənlər yeni ixtiranı bəyənəcək.

Qurğu paslanmayan materialdan hazırlanıb, qapağı isə ekoloji təmiz plastikdəndir.

Suyun təmizlənməsi üçün "Mahaton" butulkası UV-C civəsiz işıq diodu texnologiyasından istifadə edir. O, simsiz yükləyici ilə təchiz olunub.

İxtiraçıların bildirdiyinə əsasən, qurğu cəmi 90 saniyə 99,9 faiz bakteriyaları məhv edir. Şirkət FDA, CE və SGS sertifikatları ilə təltif olunub.

"Mahaton"un hesablamalarına görə, "ağıllı" butulka yaranmasına xərclənən vəsaiti cəmi bir neçə həftəyə qaytara bilər.

FACEBOOK ŞƏRH YAZ