• Gündəm • İdman

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Beynəlxalq Paralimpiya Komitəsinin baş hakimi Azzam Sari Ali Al-Zubinlə görüşmüşdur

245
29-08-2019, 18:15

Xəbər verdiyimiz kimi Beynəlxalq Paralimpiya Komitəsinin Para-Pauerliftinq idmanı sektorunun yarışlar üzrə baş hakimi, İordaniyanın Ağır Atletika Federasiyasının prezidenti, Ərəbistan Para-Pauerliftinq Federasiyasının prezidenti Azzam Sari Ali Al-Zubi Bakıda səfərdədir. Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Komitənin ofisində Azzam Sari Ali Al-Zubini qəbul etmişdir.

Görüş zamanı komitənin prezidenti İ.Rəhimov Azərbaycanda Para-Pauerlifting idman növünə çox böyük diqqətin olduğunu bildirdi. O, qeyd etdi ki, bu idman növü Azərbaycan Ağır Atletika Federasiyasının hər zaman diqqət mərkəzindədir.

Azzam Sari Ali Al-Zubi ilk öncə uğurlu keçirilmiş seminarla bağlı məlumat verərək, yaradılmış şəraitə görə Komitənin prezidentinə təşəkkürünü bildirdi.

Müzakirələrdə keçirilmiş hakimlik seminarının çox böyük əhəmiyyətinin olması vurğulanıb. 2022-ci ildə Para-Pauerlifting idmanı üzrə Avropa Çempionatının Bakıda keçiriləcəyindən və bu kimi mötəbər beynəlxalq yarış öncəsi bir neçə belə seminarların keçirilməsi ilə bağlı qarşılıqlı razılığa gəlindi. Avropa çempionatına hazırlıq çərçivəsində 2021-ci ildə Bakıda hakimliklə bağlı Beynəlxalq Seminarın keçirilməsi də təklif olundu.

Sonda Milli Paralimpiya Komitəsinin prezidenti İ.Rəhimov, Beynəlxalq Paralimpiya Komitəsinin Para-Pauerliftinq idmanı sektorunun yarışlar üzrə Baş hakimi Azzam Sari Ali Al-Zubi-ə Bakıda keçirilmiş seminara rəhbərlik etdiyinə görə təşəkkürünü və gələcəkdə əməkdaşlıq etmək niyyətində olmasını bildirdi.

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Beynəlxalq Paralimpiya Komitəsinin baş hakimi Azzam Sari Ali Al-Zubinlə görüşmüşdur



FACEBOOK ŞƏRH YAZ