• İdman • Gündəm

Cavid Hüseynov: "Bəlkə də vurduğum qol Yurçeviçin mənə qarşı istəyini artırıb"

145
27-08-2019, 20:25

"Milliyə dəvət aldığım üçün sevinirəm. Bu komandanın formasını geyinmək mənim üçün böyük şərəfdir".
"Milliyə dəvət aldığım üçün sevinirəm. Bu komandanın formasını geyinmək mənim üçün böyük şərəfdir".

Bu fikirləri mətbuata açıqlamasında uzun müddətdən sonra Azərbaycan millisinə dəvət alan "Zirə"nin futbolçusu Cavid Hüseynov deyib.

31 yaşlı yarımmüdafiəçi yenidən yığma komandada yer aldığı üçün şad olduğunu bildirib: "Komandaya cəlb olunmağımda hansı amilin rol oynadığını deyə bilmərəm. Yığmanın bundan öncəki matçlarında da dəvət gözləyirdim. Amma indi çağırıldım".

Nikola Yurçeviçin rəhbərliyi altında ilk dəfə milliyə cəlb olunan Hüseynov ba
Bu fikirləri mətbuata açıqlamasında uzun müddətdən sonra Azərbaycan millisinə dəvət alan "Zirə"nin futbolçusu Cavid Hüseynov deyib.

31 yaşlı yarımmüdafiəçi yenidən yığma komandada yer aldığı üçün şad olduğunu bildirib: "Komandaya cəlb olunmağımda hansı amilin rol oynadığını deyə bilmərəm. Yığmanın bundan öncəki matçlarında da dəvət gözləyirdim. Amma indi çağırıldım".

Nikola Yurçeviçin rəhbərliyi altında ilk dəfə milliyə cəlb olunan Hüseynov baş məşqçi ilə tanışlığının olmadığını söyləyib.

Premyer Liqanın II turunda "Neftçi"ni məğlub etdikəri görüşdə yeganə qolun müəllifi olan yarımmüdafiəçi xorvatiyalı məşqçinin onu həmin qarşılaşmada bəyənə biləcəyini deyib: "Yurçeviç qarşılaşmanı tribunadan izləyirdi. Mən həmin matçın təkrarına baxdım. Qol vursam da, sözün düzünü deyəcəyəm. Öz oyunumu bəyənmədim. Amma nəticəyə əsasən, dünənki matçdan sonra baş məşqçinin fikrində dəyişiklik baş verə bilər. Ola bilər ki, qığılcım var idi. Bəlkə də vurduğum qol Yurçeviçin mənə qarşı istəyini artırıb".

Təcrübəli oyunçu son olaraq milliyə nə vaxt çağırıldığını xatırlamadığını vurğulayıb: "Qarşıdakı matçlarda oynamaq şansı qazana bilsəm, özümü yaxşı tərəfdən göstərməyə çalışacağam. Rəqiblərimiz asan komandalar deyil. Uels və Xorvatiya dünya səviyyəli yığmalardır. Asan heç nə olmur, ümumiyyətlə, bu iki kollektivə qarşı bizim üçün çox çətin olacaq. Futbolda hər şey ola bilər. Qorxuruqsa, meydana çıxmağa dəyməz. Hər iki qarşılaşmada heç-heçə əldə edə bilsək, bu, bizim üçün uğurlu nəticə hesab olunmalıdır. Burada Amerika kəşf etməyə ehtiyac yoxdur. Hər oyundan bir xal bizim üçün böyük nəticədir".

Qeyd edək ki, Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində sentyabrın 6-da səfərdə Uels, sentyabrın 9-da isə Bakıda Xorvatiya ilə qarşılaşacaq.

FACEBOOK ŞƏRH YAZ