• Hadisə • Gündəm

Bakıda avtomobil restorana girdi - FOTOLAR

1 149
23-08-2019, 00:09

Bu dəqiqələrdə Bakının Bakıxanov prospektində baş verən qəza nəticəsində avtomobil yoldan çıxaraq restoranın masasına çırpılıb.

BAKU.NEWS əməkdaşının hadisə yerindən verdiyi məlumata əsasən, Bakıxanov prospektində yerləşən "Elis Pub" restoranının yaxınlığında avto qəza baş verib. Qəza nəticəsində "HYUNDAI" markalı avtomobil restoranın müştərilər əyləşən masasına çırpılıb.

Xəsarət alan yoxdur, faktla bağlı araşdırma aparılır.

Bakıda avtomobil restorana girdi - FOTOLAR


FACEBOOK ŞƏRH YAZ