• İqtisadiyyat • Gündəm

Azərbayanda istehsal olunan kombilərin - QİYMƏTİ AÇIQLANDI

1 423
21-08-2019, 16:25

Azərbayanda ilk dəfə kombi istehsalına başlayan «Elektrogas» şirkti istehsl edəcəyi kombilərin qiymətini açıqlayıb.

Zavodun direktoru Elnur Cəlilov mətbuata bildirib ki, zavodda kombilər 4 brend altında buraxılacaq - «Gazterm», «Yuniterm», «Hondel» və «Kalitsi».

Kombilərin gücü 18 kVT-dan başlayır, 20 kVT, 24 kVT, 28 kVT, 32 kVT, 36 kVT, 40 kVT və 50 kVT olacaq. Gələcəkdə 120 və 160-lıq kombilər də buraxılacaq. Başqa sözlə, «Elektrogas»ın kombiləri təkcə fərdi evləri və mənzilləri deyil, daha iri obyeektləri, məsələn restoranları da istiliklə təmin edə biləcək. Qeyd edək ki 18kVt-lıq kombilər adətən evlərdə istifadə olunmur və yalnız nisbətən kiçik dövlət obyektlərinin isidilməsi üçün tələb oluna bilər.

Burada buraxılan kombilər ölkə qazına uyüğunlaşdırııb, yəni qazın ən ən aşağı təzyiqlərində də fəaliyyət göstərir.

Kombilərin qiyməti isə xarici analoqlardan xeyli ucuzdur. Belə ki, hazırda yrli bazarda Çin istehsalı olan 24 kVt-lıq kombinin ən aşağı qiyməti 530 manatdır. Azərbaycan istehalı olan 24 kVt-lıq kombi isə 430 manata, yəni 100 manat ucuz satılacaq. 28 kVt-lıq kombinin qiyməti isə yerli bazarda 650 manat olduğu halda, zavoddan 520 manata satılacaq. Bu qiymətə quraşdırılma aid deyil, quraşdırma ev sahibinin vəsaiti hesabına olur, bundan sonra «Elektrogaz»ın servis onu yoxlayıb təhvil alıb 2 illik zəmanət rəsmiləşdirir. Bütün kombilərə 2 illik zəmanət veriləcək.

FACEBOOK ŞƏRH YAZ