• Gündəm • Mədəniyyət

“Məhsəti” operasının premyerası olacaq

179
21-08-2019, 07:32

Sentyabrın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pikə Axundovanın “Məhsəti” operasının premyerası olacaq.

Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, səhnə əsəri Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində göstəriləcək. Operada baş rolu İnarə Babayeva ifa edəcək.

Səhnə əsəri AzTV-nin Niyazi adına Simfonik Orkestri və C.Cahangirov adına Xoru tərəfindən müşayiət olunacaq.

FACEBOOK ŞƏRH YAZ