• Gündəm • Dünya

İtaliyanın baş naziri istefaya gedir

101
20-08-2019, 19:32

İtaliyanın baş naziri Cüzeppe Konte istefaya çıxmaq istəyini bəyan edib.

BAKU.NEWS-un TASS-a istinadən verdiyi xəbərə görə, baş nazir parlamentdə çıxış edərkən bu barədə danışıb.

Hökumət rəhbəri bildirib ki, hazırki tərkibdə rəhbərlik etdiyi qurumun normal işləməsi mümkünsüzdür. O, İtaliya prezidentinin qəbuluna gedəcəyini bildirib. Konte prezidentdən istefa haqqında ərizəsini qəbul etməsini istəyəcəyini söyləyib.

Qeyd edək ki, iki hakim partiyadan biri olan "Liqa"nın liderinin - Kontenin müavini və daxili işlər naziri postunu tutan Matteo Salvininin açıqlamalarından sonra ölkədə vəziyyət qarışıb. Salvini bildirib ki, artıq parlamentdə çoxluq yoxdur və yeni seçkilər keçirməyə ciddi ehtiyac var.

FACEBOOK ŞƏRH YAZ