• Gündəm • Hadisə

Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapılıb

408
19-08-2019, 12:14

Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin “qara qutusu” tapılaraq dənizdən çıxarılıb.

BAKU.NEWS xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədi ilə “qara qutunun” texniki vəziyyəti öyrənilir.

Eyni zamanda təyyarənin qalıqlarının dənizin dibindən çıxarılması üzrə tədbirlər davam etdirilir.


Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapılıb

FACEBOOK ŞƏRH YAZ