• Gündəm • Cəmiyyət

Vilayət Eyvazovdan yeni rəis təyinatı

258
18-08-2019, 16:58

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov Zaqatala rayonuna yeni rəis təyin edib.

BAKU.NEWS xəbər verir ki, nazirin əmri ilə bu posta Daşkəsən rayon Polis şöbəsinin rəisi polis polkovniki Vəfadar Orucov gətirilib. V.Orucov iki ilə yaxın Daşkəsən rayon Polis şöbəsinin rəisi kimi çalışıb.

Qeyd edək ki, buna qədər Zaqatala rayonunun rəisi vəzifəsində Adil Ələkbərov olub. O, 3 gün əvvəl daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

FACEBOOK ŞƏRH YAZ