• Gündəm • Cəmiyyət

Dövlət Komitəsi Aşura mərasimləri ilə bağlı vətəndaşlara çağırış edib

127
17-08-2019, 10:56

“Aşura ilə bağlı tədbirlərlə əlaqədar bizim həm xalqımıza, həm bütövlükdə islami dəyərləri hifz edib qorumaq istəyən hər bir vətəndaşımıza çağırışımız var. Qafqaz Müsəlmanları İdarəsinin bununla bağlı fətvası var. Hər il olduğu kimi, bu il də hesab edirəm ki, minlərlə insan imam Hüseyn əzadarlığında qanvermə aksiyasına qatılacaq və bu qanvermə aksiyası ilə onlar xurafat elementlərinin daşıyıcısı olan özünüdöymə, qançıxarma kimi hərəkətlərdən yayınacaqlar".

BAKU.NEWS xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri bildirib ki, Kərbəla şəhidlərinin yad edilməsinə heç bir aidiyyəti olmayan məsələlərdir:

"Kərbala faciəsində törədilən hadisələrlə əlaqədar özünə xəsarət yetirmək heç də məqbul sayılmır. Bunu bütün din xadimlərimiz, tanınmış alimlərimiz də təsdiqləyir. Əminəm ki, insanlarımız bu cür xurafat elementlərindən kənarda qalmağa çalışacaqlar. Biz hesab edirik ki, bu cür yadetmə mərasimlərində, hüzr mərasimlərində də barış, inam və bir-birinə qarşılıqlı hörmət kimi hissləri yaşatmalıyıq, Qarabağ şəhidlərimizi yad etməliyik, eyni zamanda, xurafatdan uzaq qalmalıyıq".

Milli marağımızı, dövlət marağımızı hər şeydən uca tutmalıyıq”-deyən M. Qurbanlı son olaraq, Məhərrəm ayının sentyabrın 1-ə, Aşuranın isə sentyabrın 10-a təsadüf etdiyini sözlərinə əlavə edib.

FACEBOOK ŞƏRH YAZ