• Gündəm • İqtisadiyyat

Bakıya 18 metrlik 20 avtobus gətirilir (AÇIQLAMA)

762
16-08-2019, 16:38

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən alınan 300 ədəd yeni avtobusun bu ilin sonuna kimi Bakıya gətiriləcək.

Bu barədə BAKU.NEWS-a Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, Bakıya gətiriləcək bu avtobusların 280 ədədi 12 metrlik, 20 isə 18 metrlik avtobuslardır. İlin sonuna kimi bu yeni avtobuslar xəttə buraxılacaq.

M.Ağayev əlavə edib ki, bu ilin sonuna kimi Bakıətrafı qəsəbələr və kəndlər üzrə hərəkət edən avtobuslar yeniləri ilə əvəz olunacaq, sərnişin daşınması üçün yararsız olan bütün avtobuslar xətdən çıxarılacaq. Ümumiyyətlə isə burada əsas məqsəd sərnişinlərə təhlükəsiz, keyfiyyətli və şəhərin inkişaf edən simasına uyğun sərnişindaşıma xidmətinin təşkilinə nail olmaqdır.

FACEBOOK ŞƏRH YAZ