• Gündəm • Sosial

Bu il əlil və şəhid ailələrinə 800-dən artıq mənzilin verilməsi nəzərdə tutulur - nazirdən açıqlama

144
19-02-2019, 11:34

"Bu il əlil və şəhid ailələrinə 800-dən artıq mənzilin verilməsi nəzərdə tutulur".
Baku.News xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşündə deyib.
Onun sözlərinə görə, bu il həm də müharibə əlillərinə 170-180 avtomobil veriləcək.
Nazir qeyd edib ki, sosialyönümlü tədbirlər davamlı şəkildə icra olunacaq: "Bu gün üçün ölkədə müharibə əlillərindən 20 min nəfər təqaüd və pensiya, şəhid ailələrindən isə 15 min nəfər sosial müavinət alır. Sosial müavinətlər və təqaüdlərin optimallaşdırılması üçün işlər görülür və sistem daha da təkmilləşdiriləcək".
S.Babayev deyib ki, bu il üçün 7000-dən çox ailə özünəməşğulluq üçün nazirliyə müraciət edib: "Onlar arasında ilk növbədə müharibə əlilləri və şəhid ailələrinə üstünlük veriləcək".

FACEBOOK ŞƏRH YAZ