• Hadisə • Gündəm

Bakı-Sumqayıt yolunda iki maşın toqquşub, xəsarət alanlar var

120
14-08-2019, 00:15

Abşeron rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.NEWS xəbər verir ki, Bakı-Sumqayıt yolunda Saray postunun yaxınlığında iki avtomobil toqquşub.

Qəzada hər iki sürücü 48 yaşlı Mirzoyev Namik Kərim oğlu və 35 yaşlı Əliyev Ənvər Məhəmməd oğlu xəsarət alıblar. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Mirzoyev Namikə qapalı kəllə-beyin travması və beyin silkələnməsi, Əliyev Ənvərə isə belin küt travması diaqnozu qoyulub. Faktla bağlı araşdrıma aparılır.

FACEBOOK ŞƏRH YAZ