• Dünya • Gündəm

Uelsdə maşınla qayadan dənizə “uçan” qadın üzərək xilas oldu

149
13-08-2019, 22:04

Uelsdə bir qadın maşını ilə uçurumdan dənizə düşüb.

Bu barədə WalesOnline nəşri xəbər yayıb.

Bildirilib ki, hadisə ölkənin cənub regionunda, Laymsleyd bölgəsində baş verib.

Yerli vaxtla səhər saat 6-da idarəetməni itirən qadın qaydan dənizə “uçub”. Daha sonra üzərək sahilə çıxmağı bacaran zərərçəkmişə hadisə yerinə gəlmiş xilasedicilər tibbi yardım göstəriblər.

Onun qəza zamanı maşında tək olduğu bildirilib.

FACEBOOK ŞƏRH YAZ