• Sosial • Gündəm

Bakıdakı restoranların birindən ibrətamiz addım

316
13-08-2019, 18:42

"Boranı Express" restoranı şəhid övladlarına pulsuz xidmət edir.

BAKU.NEWS xəbər verir ki, paytaxtın Fəvvarələr meydanındakı "Boranı Express" restoranının önündəki bir lövhə oradan ötənlərin diqqətini çəkir.

"Şəhid ailələrinin diqqətinə!
Biz atanıza əbədi borcluyuq.
Sevimli övladımız, "Boranı" restoranının kollektivi səni doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik etdiyi "DOĞUM GÜNÜN MÜBARƏK" təntənəli tədbirinə 5 nəfər yaxınınla birlikdə dəvət edir.
Haqqı atanız tərəfindən ödənilib."

Restoran rəhbərliyi bu elanı yazmaqla, şəhid övladları üçün öz doğum günlərini bu məkanda təmənnasız keçirmələrinə fürsət yaradır.

"Boranı Exspress" rəhbərliyinin bu addımı təqdirə layiqdir və digər xidmət müəssisələri üçün bir nümunədir.

Bakıdakı restoranların birindən ibrətamiz addım


FACEBOOK ŞƏRH YAZ