• Gündəm • Hadisə

Bakıda motosiklet avtobusla toqquşub, xəsarət alan var

80
13-08-2019, 00:21

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

BAKU.NEWS xəbər verir ki, hadisə Nəsimi rayonunda, 28 May küçəsində qeydə alınıb.

Belə ki, motosikletlə 30 saylı sərnişin avtobusu toqquşub. Hadisə nəticəsində 25 yaşlı Həsənov Hüseyn Əlirəhman oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub və əməliyyat edilib.

FACEBOOK ŞƏRH YAZ