• Siyasət • Gündəm

Rusiya, Azərbaycan və İran prezidentlərinin görüşü başqa vaxta keçirilib

194
12-08-2019, 17:23

Rusiya, Azərbaycan və İran prezidentləri Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani arasında yüksək səviyyəli görüş başqa vaxta keçirilib.

BAKU.NEWS-un məlumatına görə, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Rusiya, Azərbaycan və İran prezidentlərinin bu həftəyə planlaşdırılmış Sammiti texniki səbəblərə görə başqa vaxta keçirilir”, - deyə D.Peskov bildirib.

FACEBOOK ŞƏRH YAZ