• Gündəm • Sosial

“Təzəpir”in imamı: Hər insanın qurban kəsməsi vacib deyil

69
12-08-2019, 10:16

Hər insanın qurban kəsməsi dini baxımdan vacib deyil.

BAKU.NEWS xəbər verir ki, bunu “Təzəpir” məscidinin imamı Mircəfər Eyyubov bayram namazından sonra deyib.

O bildirib ki, bayram namazı saat 09:00-da başlasa da, sübh tezdən məscidə yüzlərlə insan axışıb:

“İnsanlar bayram namazından öncə ibadət ediblər. Onlara dinin, imanın gözəlliyindən, dürüstlükdən bəhs edən ibrətamiz hekayələr danışılıb”.

M.Eyyubov qeyd edib ki, Qurban bayramı Həcc ayinlərindən biri sayılır:

“Bu gün hacıların qurban kəsməsi vacibdir. Ümumilikdə isə hər insanın qurban kəsməsi dini baxımdan vacib deyil. İnsanlar bu bayramın fəlsəfəsinə uyğun olaraq bir-birilərinə yardım edirlər. Kəsilən qurbanların isə imkansız ailələrə verilməsi daha məqbul hesab edilir.

Allaha yaxın olmaq, Allahın buyurduğu kimi yaşamaq, insanlara faydalı olmaq ən gözəl ibadətdir”.

FACEBOOK ŞƏRH YAZ