• Gündəm • Sosial

Nazirdən iki yeni təyinat

243
11-08-2019, 19:56

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində kadr dəyişikliyi həyata keçirilib.

BAKU.NEWS APA-ya istinadən xəbər verir ki, nazir Sahil Babayevin əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin müdiri Firdovsi Bədəlov tutduğu vəzifədən azad edilib.

S. Babayevin digər əmriylə F. Bədəlov Fondun Xəzər rayon şöbəsinin müdiri təyin olunub.

Sahil Babayev Fondun Sumqayıt şəhər şöbəsinə də yeni müdir təyin edib. Uzun müddət Sumqayıt şəhər şöbəsində Mühasiabatlıq sektorunun müdiri vəzifəsində çalışan Ceyhun Süleymanov şöbənin müdiri təyin edilib.

FACEBOOK ŞƏRH YAZ