• İdman • Gündəm

“Qarabağ” – APOEL oyununun hakimləri bəlli oldu

200
10-08-2019, 08:39

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - APOEL oyununun hakim təyinatları açıqlanıb.

BAKU.NEWS xəbər verir ki, qitənin ali futbol qurumu bu qarşılaşmanı Almaniyadan olan hakimlər briqdasına həvalə edib.

Qarşılaşmanın baş hakimi 35 yaşlı Daniel Sibert olacaq. Ona yan xətdə Yan Seydel və Lasse Koslovski kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Martin Petersen yerinə yetirəcək.

Hakimlərin işinə Danimarkadan olan Yorn Vest Larsen qiymət verəcək. UEFA nümayəndəsi isə Velid İmamoviç (Bosniya və Herseqovina) olacaq.

Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – APOEL oyununa saat 20:30-da start veriləcək.

Bu komandalar arasında Kiprdə baş tutan ilk oyunda Ağdam klubu 2:1 hesabı ilə qalib gəlib.

FACEBOOK ŞƏRH YAZ