• Gündəm • Hadisə

İki “Mercedes”in toqquşduğu qəzada xəsarət alanların sayı artıb - YENİLƏNİB

92
8-08-2019, 00:46

Bakının Xətai rayonunda 2 avtomobil toqquşması ilə baş verən qəzada daha bir nəfərin xəsarət aldığı məlum olub.

BAKU.NEWS xəbər verir ki, hadisə zamanı “Mercedes” markalı minik avtomobillərindən birinin, qəzanı törədən maşının sürücüsü, 1979-cu il təvəllüdlü Baloğlanov Bakir Şakir oğlu da xəsarət alıb.

Yaralı dərhal 3 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Ona döş qəfəsinin travması diaqnozu qoyulub.

00:28


Bakının Xətai rayonunda 2 avtomobil toqquşub.

BAKU.NEWS xəbər verir ki, “Mercedes” markalı minik avtomobili piyada keçidində piyadaya yol vermək üçün nəqliyyat vasitəsini saxlayan zaman arxadan gələn digər “Mercedes” markalı maşın ona çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan sərnişinlərdən biri, 1977-ci il təvəllüdlü Əliyarov Taleh Zəbulla oğlu xəsarət alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması, başın sıyrılmış-əzilmiş yarası diaqnozu qoyulub.

Əraziyə DYP və təcili tibbi yardım briqadası cəlb olunub.

İlkin ehtimala görə, hadisə baş verən ərazidəki işıq dirəklərinin elektrik verilişi olmadığından arxadan gələn nəqliyyat vasitəsi qarşıdakı avtomobili görməyib.

Bu zaman qəza baş verib.

Faktla bağlı araşdırma aparılır.

FACEBOOK ŞƏRH YAZ