• İdman • Gündəm

"Qarabağ"ın gələcək rəqiblərinin matçında 4 qol

176
6-08-2019, 23:16

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

BAKU.NEWS xəbər verir ki, pley-off mərhələsində “Qarabağ”ın potensial rəqibləri olan PAOK və “Ayaks” komandaları da meydana çıxıblar.

Yunanıstanda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Komandaların cavab görüşü 1 həftə sonra Hollandiyada baş tutacaq.

Qeyd edək ki, PAOK – “Ayaks” cütünün qalibi pley-offda “Qarabağ” – APOEL cütünün qalibi ilə qarşılaşacaq. Ağdam klubu ilk oyunda Kipr təmsilçisi üzərində 2:1 hesablı qələbə qazanıb.

FACEBOOK ŞƏRH YAZ