• İdman • Cəmiyyət • Gündəm

“Qarabağ” və “Neftçi”nin də Avropa Liqasındakı potensial rəqibləri bilindi

212
5-08-2019, 16:35

Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.

BAKU.NEWS xəbər verir ki, əvvəlcə çempionlar yolunda mübarizə aparan komandaların potensial rəqibləri bəlli olub.

Belə ki, Çempionlar Liqasında mübarizə aparan “Qarabağ” Kipr çempionu APOEL-i keçə bilməsə, Avropa Liqasında mübarizə aparacaq. Səpələnmişlər cütündə olan komandamız belə olan halda “Sutyeska” (Monteneqro) - “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq və qrup mərhələsinə düşməyə çalışacaq.

Bu turnirdə mübarizə aparan “Neftçi”nin də potensial rəqiblərinin adına aydınlıq gəlib. Belə ki, “Neftçi” III təsnifat mərhələsində İsrailin “Bney Yehuda” klubunu keçərsə, “Malmö” (İsveç) - “Zrinski” (Bosniya və Herseqovina) cütünün qalibi ilə tarixində ikinci dəfə qrup mərhələsinə düşmək üçün mübarizə aparacaq.

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin oyunları avqustun 22-də və 29-da keçiriləcək.

FACEBOOK ŞƏRH YAZ