• Gündəm • Bölgə

Naxçıvana əlavə reyslər açılır

126
5-08-2019, 12:09

Qurban bayramında sərnişlərin sıxlığını nəzərə alaraq Naxçıvana əlavə təyyarə reysləri açılacaq.

BAKU.NEWS xəbər verir ki, Bunu Oxu.Az-a açıqlamasında AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

Qurum rəsmisi bildirib ki, yay mövsümü ilə əlaqədar olaraq Naxçıvana əlavə reyslər həyata keçirilir:

“Tələbat artıq olduğu üçün reyslərin sayını artırırıq. Həmişə olduğu kimi, bu il də Qurban bayramı ilə bağlı əlavə reyslər açılacaq.

Ümumiyyətlə, bu mövsüm turistlərin sayı çox oldu. AZAL və Heydər Əliyev Beynəlxalq Hava limanı olaraq gücləndirilmiş iş rejimdə işləyirik”.

Qeyd edək ki, avqustun 12-13-də Azərbaycanda Qurban bayramı qeyd olunacaq.

FACEBOOK ŞƏRH YAZ