• Dünya • Gündəm

Zelenski generalı yol polisinə təzyiqə görə işdən azad etdi - VİDEO

2 357
4-08-2019, 11:21

Ukraynada yol polisi qayda pozduğuna görə Dnepropetrovsk vilayətinin polis rəisi general Vitali Qluxoveyin sürücüsünü saxlayıb, sürücü isə sən kimsən məni saxlayırsan, başın ağrımasın get işinlə məşğul ol deyir.

BAKU.NEWS СТРАНА.UA -ya istinadən xəbər verir ki, Yol Polis əməkdaşları israrla sürücüdən sənədlərini tələb edərək: - qanunu pozmusunuz sizə inzibati protokol yazılmalıdır deyə bildirir.

Sürücü isə generala zəng vuraraq, telefonla vəziyyəti ona izah edib. General da vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, əraziyə xüsusi təyinatlı CORD dəstəsini çağırıb.

Bu hadisə Ukraynada geniş səs-küyə səbəb olduğundan hadisədən 1 gün keçməmiş prezident Zelenski generalı işdən azad edərək haqqında cinayət işi açılması barəsində göstəriş verib.

FACEBOOK ŞƏRH YAZ