• İdman • Gündəm

APOEL "Qarabağ"la oyuna gəlmək istəyən azarkeşləri üçün xüsusi təyyarə təşkil edib

172
3-08-2019, 10:15

Kiprin APOEL klubu "Qarabağ"la Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa gəlmək istəyən azarkeşləri üçün xüsusi təyyarə təşkil edəcək.

BAKU.NEWS-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, çarter reysli təyyarə Larnakadan Bakıya avqustun 11-də axşam saatlarında uçacaq və oyundan dərhal sonra geri qayıdacaq. Onlar "Hyatt Regency" otelində yerləşdiriləcəklər. Səfər hər bir azarkeşə viza, səhər yeməyi və transfer xərcləri daxil olmaqla 570 - 800 avroya başa gələcək. Bura bilet xərcləri aid deyil.

Qeyd edək ki, APOEL "Qarabağ"la ilk oyununu avqustun 6-da Nikosiyada, cavab görüşünü isə avqustun 13-də Bakıda keçirəcək.

FACEBOOK ŞƏRH YAZ